Səhiyyə Nazirliyi tərəfindən yeni peyvənd sifariş verilib və bu vaksinin üstün cəhətləri də var.
ANS TV-nin məlumatına görə, hər il 11 yolxucu xəstəliyə qarşı bütün uşaqları əhatə edən miqdarda bir neçə ölkədən vaksin alınır.
Yeni altı valentli vaksin üçün isə Ümumdünya Səhiyyə Təşkilatının müəyyən strukturlarına müraciət olunub.
Bu barədə məlumat verən baş pediatr Nəsib Quliyev dedi ki, adıçəkilən peyvənd 2018-ci il üçün sifariş olunub: “Nazirlik difteriya, tetanos, polimelit, sarılıq və göy öskürək çöplərinə qarşı vaksin sifariş verib”.
Müsahibim bəzi anaların uşaqlarını peyvənddən yayındırması halları ilə rastlaşdıqlarını da bildirdi.
Amma baş pediatr deyir ki, övladının sağlamlığını düşünən valideyn onu mütləq yolxucu xəstəliklərə qarşı peyvənd etdirməlidir.
Mənbə: ANS PRESS