Qadin.NET / Turistlər kütləvi şəkildə bu ölkəni tərk edirlər

Turistlər kütləvi şəkildə bu ölkəni tərk edirlər

 

Turistlər kütləvi şəkildə bu ölkəni tərk edirlər

Rusiya və Böyük Britaniya vətəndaşları Misiri tərk etməkdə davam edirlər. ANS PRESS-in məlumatına görə, Sinay yarımadasında Rusiyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından sonra edilən təhlükəsizlik xəbərdarlıqları ilə əlaqədar turistlər Misiri tərk etməyə başlayıblar. Artıq 20 min Rusiya, 8 min Böyük Britaniya vətəndaşı ölkəsinə geri qayıdıb. Rusiyanın turizm agentliyi Misirdəki vətəndaşlarının noyabr ayının20-nə kimi tam geri qaytarılacağını bildirib.
Misirin Şarm əl-Şeyx hava limanında isə, izdihamlı vəziyyət qalmaqdadır. Minlərlə insan təhlükəsizlik yoxlamalarından keçmək üçün növbəyə düzülüb. Hazırda Misir hava limanları gücləndirilmiş iş rejimində çalışır.
Bir neçə gün əvvəl baş vermiş qəzada əksəriyyəti Rusiya vətəndaşı olmaqda 224 ölmüşdü. Qəzanın terror aktı olduğu ehtimal olunur. Lakin rəsmi Moskva istintaqın nəticələri tam bəlli olmadıqca fakt bağlı heç bir açıqlama verməyəcəyini deyib.

 

Mənbə: ANS PRESS

11 noyabr 2015
GO BACK