Amerika Birləşmiş Ştatları (ABŞ) hökuməti "Black Friday" (Qara Cümə) günü ilə əlaqədar ticarət mərkəzlərinə xəbərdarlıq edib.
ANS PRESS-in məlumatına görə, "Qara Cümə" günü Amerikada “Şükranlıq” bayramından sonrakı ilk cümə günüdür. Bu gündə iri ticarət mərkəzləri malları 50, hətta, 80 faiz endirimlə satır. Bu isə, ticarət mərkəzləri qarşısında izdihamlara səbəb olur.
Amerika polisi ticarət mərkəzlərini indidən lazımi səviyyədə təhlükəsizlik tədbirləri görməyə, satıcıların sayını artırmağa çağırıblar.
"Qara Cümə" günündə ticarət mərkəzləri malların aşağı qiyməti satılmasından gəlir itirsə də, alıcının çoxluğu bu itkini kompensasiya edə bilir.
Mənbə: ANS PRESS