Böyük Britaniya hökuməti 2020-ci ilədək bütün ölkə sakinlərinin genişzolaqlı internetdən istifadəsini nəzərdə tutan qərar qəbul edib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, beş ildən sonra ölkənin bütün provayderləri müraciət əsasında Birləşmiş Krallıq sakinini 10 Mbit/saniyə sürətində internet bağlantısı ilə təmin edəcək. Qanunla həmçinin ölkənin ucqar yerlərində yaşayan sakinlərin eyni sürətli internetlə təmini nəzərdə tutulur. Hökumət nümayəndələri əmindirlər ki, genişzolaqlı internetdən istifadə bütün evlərdə qaz, işıq və su kimi adi hala çevrilməlidir.İnternetə çıxış təmtəraq yox, vətəndaş hüquqlarından biri olmalıdır. Biz bütün ölkəni onlayn rejimə çıxararaq ölkə iqtisadiyyatını Avropada ən çiçəklənən iqtisadiyyat edəcəyik, - Böyük Britaniya baş naziri Devid Kemeron bildirib.
2017-ci ilin sonunadək britaniyalıların 95 faizinin genişzolaqlı internetdən istifadə etməsi planlaşdırılır.
Mənbə: Milli.Az