Qadin.NET / Bakı sözünün mənası nədir?

Bakı sözünün mənası nədir?

Bakı sözünün mənası nədir?
Milli.Az deyerler.org-a istinadən bildirir ki, "Bakı" sözünü araşdırdıqda bir neçə məna ortaya çıxır.
1. Ən məşhuru "Badi Kubə" - farscadan "Küləklər şəhəri" anlamında.
2. Qafqazşünas K.P.Patkanov iddia edir ki, şəhərin adı lak sözü "baki"dən (təpə deməkdir) əmələ gəlir.
Bu hipotezə görə, Bakı təpələr üstündə salındığından, şəhərin də adı bu sözdən götürülmüşdür. Bu fikri coğrafiya elmləri doktoru B.Budaqov da təsdiq etmişdir.
3. Bakının "Bəy-Köy" türk sözlərindən düzəlmiş ehtimalı var.
4. Bakının Allah Təalanın sifətlərindən biri olan "Baqi" sözündən törəmə olduğu da ehtimal edilir.
5. Toponimim "Allah şəhəri", "Allah yeri" və ya "Günəş (atəş) şəhəri", "Günəş (atəş) yeri" mənasını da daşıması ehtimallar arasındadır.

Mənbə: Milli.Az

10 noyabr 2015
GO BACK