Qadin.NET / Çin yeni peyk buraxdı

Çin yeni peyk buraxdı

Çin yeni peyk buraxdı
Çinin Taiyuan kosmodromundan orbitə Yer səthinin zondlaşdırılması üçün nəzərdə tutulan Yaogan-28 peykinin uğurlu buraxılışı həyata keçirilib. Milli.Az ICTnews-a istinadən bildirir ki,  peykdən elmi eksperimentlərin aparılması, təbii resursların tədqiqi, əkinçilik sahələrinin müşahidəsi, eləcə də təbii fəlakətlərin qarşısının alınması və onlardan dəyən zərərin azaldılması üçün istifadəsi nəzərdə tutulur.Aparat yerli vaxtla saat 15:06-da Chancheng-4B raketdaşıyıcısı ilə start götürüb. Bu, Chancheng seriyasından say etibarilə 217-ci buraxılış olub. Yaogan seriyasından olan peyklər orbitə 2006-cı ildən çıxarılır. Əvvəlki belə aparat - Yaogan-27 bu ilin avqustunda kosmosa göndərilib.  

Mənbə: Milli.Az

 

10 noyabr 2015
GO BACK