Qadin.NET / Rusiyanın qədim "Qarabağ planı"

Rusiyanın qədim "Qarabağ planı"

 

Rusiyanın qədim "Qarabağ planı"

Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini ətrafında atdığı addımları dəstəkləyir. İki ölkə ciddi şəkildə bir-birinə arxalana bilər”.
ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistana səfərə gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiya XİN rəhbəri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin nizamlanmanın qarşılıqlı faydalı konsensus əsaslarının hazırlanması üzrə səylərini davam etdirməlidir. Lavrov həmçinin Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi müsbət nəticə əldə olunması istiqamətində fəal rol oynamağa davam edəcəyini vurğulayıb.Ermənistanın son vaxtlar regionda fəallaşması fonunda baş tutan səfər zamanı səslənən “iki ölkə bir – birinə arxalana bilər” ifadəsi Rusiyanın Ermənistanı həmişə dəstəkləyəcəyini və bu ölkə vasitəsi ilə Cənubi Qafqazda baş verən proseslərə təsir edəcəyini ortaya qoyur. Bu yalnız Sarkisyanın hakimiyyəti dövründə deyil, ondan sonra hakimiyyətə gələcək prezidentlərin vaxtında belə olacaq.

 

Mənbə: ANS PRESS

10 noyabr 2015
GO BACK