Bakıda İran səfirliyinin qarşısında bir qrup şəxs aksiya edib. İranın dövlət telekanalında yayımlanan verilişdə azərbaycanlıların təhqir edilməsinə etiraz davam edir.
ANS PRESS-in məlumatına görə, bu gün bununla bağlı İranın Azərbaycandakı səfirliyininönündə keçirilən aksiyada 40-a yaxın insan iştirak edib. 15 dəqiqə davam edən aksiya daha sonra dinc şəkildə dağılıb. Hadisə yerinə polis əməkdaşları gəlsələr də, heç bir qarşıdurma baş verməyib. Mitinq iştirakçılarında yalnız 3 nəfər səfirliyə girərək, hazırladıqları bəyanatı oraya təqdim ediblər. Bəyanatda deyilir ki, İran İslam Respublikası, din qardaşlarına qarşı soyqırım törətmiş Ermənistan Respublikası ilə geniş dostluq və qardaşlıq əlaqələri quraraq dəfələrlə milli qururumuza toxunub.
"2015-ci il noyabrın 6-sı, İranın dövlət kanalı olan "Kanal-2"-nin, "2 Fitilə" adlı televiziya proqramında xalqımızın milli kimliyini təhqir edib, aşağılanmasına, bu təhqir siyasətinə etiraz olaraq soydaşlarımızın tam hüquqlu vətəndaş kimi haqlı etiraz yürüşlərinin qana boyanmasına, təqib və təziqləri Milliyətçi Gənclər Təşkilatı olaraq, şiddətlə qınayır və kəskin etirazımızı bildiririk!".
Mənbə: ANS PRESS