Demoqrafik dəyişikliklər göstərir ki, 2070-ci illərdə İslam dünyanın birinci dininə çevriləcək. Fransada isə hər hansı bir dinin tərkibinə "daxil olmayan" insanların sayı artacaq.
"21-ci əsr dini əsr olacaq və ya belə olmayacaq" Andre Malronun məşhur formulu müasir dinlərin təsdiqi baxımından bir rezonans yaratdı. Öndə gedən müasirlik onların süqutunu təsəvvür edirdi, ancaq onlar daha da yayılır. Əsrin ortalarında müsəlmanların sayı xristianların sayına çatacaq və bir qədər sonra onları ötəcək. Dünya əhalisinin artması ilə bağlı demoqrafik planlaşdırmalara inanclı insanların artması ilə əlaqədar olan planlaşdırma da əlavə olunur. Demək olmaz ki, dindar əhalinin tutumunun hesaba alınması inanclı və hər hansı bir adətə inanan əhalinin tutumunu dəqiq təsvir edir. Bəzi doqmaların süqutunun əvəzinə dinilik inkişaf edir. Məzhəblərin geopolitikası tezliklə İslamın dünyada daha çox yayılacağını və Fransada əsas yer tutacağını proqnozlaşdırır. Dini statistikalar çox vaxt qeyri-real şəkildə yüksəlir. Bəzilərinin xəyal gücü digərlərinin rədd etməsinə cavab verir. Bir tərəfdə dini-etnik əvəzləmələr, digər tərəfdə isə birgə yaşamaq.Dini planlamaya dair məntiqli bir ideya qurmaq üçün müəyyən verilənlər mövcuddur. "Futuribl" jurnalı hesab edir ki, dünyada dinlərin inkişaf həddi onların transformasiyası ilə bağlıdır. Bir neçə araşdırma mərkəzləri arasından Pew Research Center bu analizi öz öhdəsinə götürür. Onlar sonuncu baharda ciddi bir araşdırma apardılar. Bu araşdırma dünyada miqrant məsələləri, dinlərin ölməsi, artımı və onların transformasiyası ilə bağlı idi. Dinlərin transformasiyası, əsasən, dünyada baş verən texniki inkişaflarla bağlıdır ki, bu da insanların bir dini digərinə dəyişməsinə gətirib çıxarır. Onlar belə hesab edir ki, müəyyən dinə aid olma prosesinin irsiliyi məsələsini aradan qaldırmaqda fayda var.
Mənbə: Milli.Az