Qadin.NET / Bayraq Günü ilə bağlı maraqlı aksiya

Bayraq Günü ilə bağlı maraqlı aksiya

 

Bayraq Günü ilə bağlı maraqlı aksiya

9 noyabr Respublikada Bayraq Günü kimi qeyd olunur. Bu gün barədə hər kəsin məlumatı varmı? Milli.Az xəbər verir ki, TTV (Region TV) Bayraq Günü ilə bağlı bölgələrdə və paytaxtda maraqlı aksiya keçirib.

 

9 noyabr tarixinin Bayraq Günü kimi qeyd edildiyini bilənlər də var, bilməyənlər də. Amma sevindirici haldır ki, bilənlərin sayı daha çoxdur. Bəs bayrağımız niyə məhz 3 rəngdədir? Bunu da bilirikmi?Bu günün tarixinə gəlincə... Sovet hakimiyyəti qurulduqdan sonra müxtəlif dövlət atributları ilə yanaşı 3 rəngli Azərbaycan bayrağına da qadağa qoyuldu. Müstəqillik dövründə 3 rəngli bayraq yenidən Azərbaycana qaytarıldı.1991-ci il fevralın 5-də Azərbaycan parlamenti 3 rəngli bayrağın dövlət rəmzi kimi olması barədə qərar qəbul etdi. 2007-ci il noyabrın 12-də Prezident İlham Əliyev paytaxt Bakıda Dövlət Bayraq Meydanının yaradılması haqqında sərəncam imzaladı. Bu gün hər bir Azərbaycan vətəndaşının 3 rəngli bayrağın dalğalanmasını səbrsizliklə gözlədiyi bir məkan var.

Mənbə: Milli.Az

10 noyabr 2015
GO BACK