Qadin.NET / Yağış, sulu qar və külək

Yağış, sulu qar və külək

Yağış, sulu qar və külək
Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Temperaturun gecə 7-10°, gündüz 11-13° isti olacağı gözlənilir.

Milli.Az Azərtac-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, bəzi yerlərdə 5° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, sulu qara, qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8° isti, gündüz 9-13° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, sulu qara, qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8° isti, gündüz 9-13° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-10° isti, gündüz 10-13° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

9 noyabr 2015
GO BACK