ANS PRESS-in Müdafiə nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətlə müxtəlif hərbi hissələrdə keçirilən görüşlərində Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
Müdafiə Nazirliyinin rəhbərliyi yeni tikilən əsgər yeməkxanalarından birində hərbi qulluqçularla birlikdə nahar edib, mülki qulluqçularla söhbət edərək, müvafiq göstəriş və tövsiyələrini verib.
Cəbhə bölgəsinə səfər çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov tikilməkdə olan digər hərbi şəhərciklərə də baş çəkərək inşaat işlərinin keyfiyyətli ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini veriblər.
Ötən gün isə nazir cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə qarşı tərəflə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüş keçirib .
Mənbə: ANS PRESS