Qadin.NET / İdmançımız erməni rəqibini əzdi

İdmançımız erməni rəqibini əzdi

 

İdmançımız erməni rəqibini əzdi

Azərbaycan idmançısı Eduard Məmmədov (60 kq.) İspaniyanın Benidorm şəhərində keçirilən kikboksinqin WKA versiyası üzrə dünya cempionatının qalibi olub.
Report" xəbər verir ki, finalda onun rəqibi erməni əsilli Fransa təmsilçisi Aşot Xaçaturyan olub.
"Ağ canavar" ləqəbli Azərbaycan idmançısı rəqibini məğlub edərək 22-ci dəfə dünya çempionu tituluna yiyələnib.
"Hər bir döyüş çətin keçir. Amma bu, ikiqat çətin idi. Rəqib peşəkar idi. Lakin buna baxmayaraq qalib gəldim. Məqsədim rəqibi təkcə udmaq yox, həm də əzmək idi və buna nail oldum", - deyə idmançı "Report"a açıqlamasında bildirib.
Bu çəki dərəcəsində üçüncü yeri erməni idmançısı tutub.

 

Mənbə: ANS PRESS

9 noyabr 2015
GO BACK