Qadin.NET / Yer yarıldı, avtomobillər yerə girdi

Yer yarıldı, avtomobillər yerə girdi

 

Yer yarıldı, avtomobillər yerə girdi

ABŞ -ın Missisipi şəhərində restoranlardan birinin qarşısında torpaq sürüşməsi baş verib.
ANS PRESS-in məlumatına görə, sürüşmə nəticəsində 12 avtomobilə ziyan dəyib.
Yolun qırağında dayanan avtomobillər sürüşmə nəticəsində yaranan böyük dəliyə yuvarlanıblar. 
Hadisə şahidlərinin sözlərinə görə, onlar əvvəlcə bir neçə dəfə gurultu səsləri eşidiblər. Çökmə 120 metr uzunluqda 10 metr enində baş verib. Çökəkliyin dərinliyinin 4,5 metr təşkil etdiyi bildirilir.İnsidentin səbəbləri hələlik tam məlum olmasa da ştat rəsmiləri sürüşmənin yeraltı suların səthə yaxın axması nəticəsində baş verdiyini istisna etmirlər. 
Hadisə nəticəsində xəsarət alan olmayıb. Mətbuata açıqlama verən ziyan dəyən avtomobillərdən birinin sahibi Qvendol Fikes qızının uçqun baş verməzdən bir neçə dəqiqə əvvəl restorana daxil olduğunu deyib. 

 

Mənbə: ANS PRESS

9 noyabr 2015
GO BACK