O, Şərqdə ilk qurulan demokratik Cümhuriyyətin - Azərbaycan Respublikasının dövlət rəmzidir.O, hər dalğalandığında qəlbimi fəxarət hissləri bürüyür.Bayraq dövlətimizin gücünü, qüdrətini nümayiş etdirir. Bayraq həm də millətimizin mənəvi sərvəti, inanc yeridir.Əzəməti ilə hər zaman məkanları bəzəyir O. Bayraqlar içində yeri var Onun. Daima yüksəkdədir bayrağımızın yeri. Hər zaman ən mötəbər tədbirlədə öndə qürurla addımlayan bayraqdarların əllərində vüqarla dalğalanır O.Bakının mərkəzində Bayrağımızın öz yeri var. Dövlət Bayrağı Meydanında ucada, layiq olduğu yerində dalğalanır hər zaman bayrağımız.Bayrağı daşımağı hər zaman ən seçilmişlərə etibar ediblər və bu indi də belədir. Çünki onu daşımağın böyük mənəvi dəyərləri var. Bayrağımız hər zaman Onu sevənlərə, dəyərini anlayanlara etibar edilir.Mavi rəngi ilə türkçülük ideyasını təlqin edir bayrağımız.Qırmızı rəngi ilə demokratiyanın, müasirliyin rəmzidir O. Qırmızı rəngin üzərində isə aypara və səkkizguşəli ulduzun təsviri var.Yaşıl rəngi ilə isə bayrağımız islam dininə mənsubluğu ifadə edir.Onu hər gördüyümdə yağı tapdağı altında qalmış torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasını da düşünürəm.Dalğalanacaq bayrağımız o torpaqlarda. Buna əminəm. Çünki O sevənlərinin əllərindədir. Onu qoruyanlarının, sahib çıxanlarının, başı üzərində hər zaman uca tutanlarının əllərindədir.Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan bayrağımız keşməkeşli yollardan keçib. Dövlətimizin müstəqilliyi uğrunda canından keçən oğul və qızlarımızın qanına boyanıb O. Buna görə də bizlər üçün müqəddəsdir bayrağımız.Bayraq milli ləyaqət simvoludur. Onu başı üzərində daşımaq bir şərəf borcudur həm də. Bu, hər kəsə nəsib olmur. Bayrağımız bizə miras qalan ən qiymətli dəyərlərimizdəndir.Hər zaman öz layiqli yerində qorunan üçrəngli bayrağımız Bakının ən uca yerlərindən birində - Şəhidlər Xiyabanında da dalğalanır. Onu sevənlərinin, uğrunda həyatlarını qurban verən oğullarının - Şəhidlərinin başı üzərində.Bütün əzəməti və gözəlliyi ilə...
Mənbə: Milli.Az