Qadin.NET / Xərçəngin dərmanı tapıldı

Xərçəngin dərmanı tapıldı

 

Xərçəngin dərmanı tapıldı

İngilis elm adamları ən ağır xəstəlik olan, hər il dünyada milyonlarla insanın ölümünə səbəb olan xərçəngin ağır formalarından birinin müalicəsində önəmli zəfərə imza atıblar. ANS PRESS-in məlumatına görə, onlar sağalaması üçün bütün çarələr tükənən 1 yaşlı qızı xilas edə biliblər. 
Leyla Ricards anadan olandan qısa müddət sonra ağır xəstəliyə düçar olub. Həkimlər onun xilası üçün əllərindən gələni ediblər. Lakin bilinən vasitələrdən istifadə qızcığazı xilas etmək üçün kifayət etməyib. 
Bundan sonra həkimlər yeni bir yol seçiblər. Onlar hələ təcrübə mərhələsində olan müalicə üsulunu tədbiq etməyə qərar veriblər. Sağlam donordan alınan hüceyrələrin qan xərçəngi ilə savaşacaq şəkildə geneteik modifikasıyasını edildikdən sonra leykoz olan xəstəyə nəqlinə nail olublar. 

 

Mənbə: ANS PRESS

7 noyabr 2015
GO BACK