Qadin.NET / Pensiya ilə bağlı yeni xəbər

Pensiya ilə bağlı yeni xəbər

 

Pensiya ilə bağlı yeni xəbər

"Dövlət Sosial Müdafiə Fondunda hazırda silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddətinin 25 ilə çatdırılması məsələsi nəzərdən keçirilir".
ANS PRESS-in məlumatına görə, islahat tədbirləri çərçivəsində demoqrafik göstəricilər, ömür uzunluğu göstəricisinin pensiya sisteminə təsirinin tənzimlənməsi zəruriliyi önə çəkilib. 
Əgər təklif qəbul edilərsə, bu qaydalar pensiyaya çıxmış şəxslərə şamil edilməyəcək. Onların pensiyası gələcəkdə yenidən hesablandıqda təyinat tarixinə tətbiq olunmuş əvvəlki qayda tətbiq ediləcək. Yəni onlar pensiyalarını indiyədək aldıqları qaydada almağa davam edəcəklər.Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev həmçinin bildirib ki, silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 30 ilə qaldırılması nəzərdə tutulmur.
Beləliklə, əgər təklif qəbul edilərsə, hərbi qulluqçular və daxili işlər orqanlarının xüsusi rütbəli şəxsləri güzəştli pensiyaya çıxmaq üçün 20 il deyil, 25 il işləməli olacaqlar.
Xidmət müddətinin 25 ilədək uzadılmasınnı müsbət cəhəti də var. Bu qərar sayəsində Dövlət Sosial Müdafiə Fondunun ehtiyatları artacaq. Nəticədə gələcəkdə pensiyaların artırılması da mümkün ola bilər. Eyni zamanda güzəştli pensiyaya çıxanlar təqaüd dövründə daha çox pensiya ala bilərlər.
Bununla belə, qərar qəbul edilən zaman insanların orta yaşayış dövrünü də nəzərə almaq lazımdır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşı Nicat Hacızadənin sözlərinə görə, yeni qərarın təklif edilməsi zamanı onun orta ömür dövrünə uyğun olub-olmaması baxımından hesablamalar aparılmalıdır. 

 

Mənbə: ANS PRESS

7 noyabr 2015
GO BACK