Qadin.NET / İflicin dərmanı: gündə 30 dəqiqə...

İflicin dərmanı: gündə 30 dəqiqə...

 

İflicin dərmanı: gündə 30 dəqiqə...

Xalq arasında "iflic" kimi tanınan hal şikəst, yarımcan qalmaq və ölüm riski yüksək olan bir xəstəlikdir. Hətta müşahidələrə görə, inkişaf etmiş ölkələrdə üçüncü ölüm səbəbi kimi hesab edilir.

 

Gündə sadəcə 30 dəqiqə həyatınızı qurtaracaq

Milli.Az Ailə.Lent.Az- a istinadən bildirir ki, Dünyada hər il 15 milyon insan iflic keçirir. Onların arasında ölənlər də olur, ömrünün sonuna kimi qulluğa möhtac vəziyyətdə yaşayanalar da. Hər yaşda görülsə də, 55 yaşdan sonra iflic riski hər 10 ildən bir 2 qat artır. Müalicəsi gecikdirildiyi üçün beyində ciddi fəsad izləri qoyan iflic əslində erkən müalicə edilə bilən bir xəstəlikdir, hətta qarşısını almaq belə mümkündür. Mütəxəssislər həyat vərdişlərini dəyişdirmək, xüsusən, gün ərzində piyada gəzintinin iflic riskini azaltdığını deyirlər.

Beyində qalıcı fəsad törədir

İflic beynin bir, ya bir neçə bölgəsinin ani yaranan qidalanma pozuntusu səbəbindən fəsada uğraması, neyron adlanan sinir hüceyrələrinin qalıcı itkisi nəticəsində meydana gəlir. Beynin qida pozuntusu yaşanan bölgəsində damar qapanması, damarın deşilməsi nəticəsində yaşanan qanama nəticəsində baş verir.

Fərqli əlamətlərlə ortaya çıxır

Xəstənin danışma, hissetmə, anlama, müvazinətini saxlama, udqunma, görmə, tənəffüs, sidik ilə bağırsaq funksiyaları kimi bir çox funksiyalarında pozuntu müşahidə edilir. Əsasən bədənin müəyyən bir yarısında hərəkətsizlik, duyğu pozuntusu yaşanır və bu əlamətlərin 24 saatdan çox davam etməsi iflic deməkdir.İflic əlamətləri (keyimə, gücsüzlük, danışıq və görmə pozuntusu) bədənin bir yarısında 24 saatdan qısa davam edib sonra düzəlməsi "keçici işemik atak" adlanır. Bu hal iflicin ilkin əlaməti ola bilər. Məsələn, 1 saat davam edən danışıq pozuntusu beynin danışıq mərkəzinin qidalanmasında bir problem olduğuna işarədir. Üstəlik bu riski yaşayanların iflic riski 10 qat daha yüksəkdir. Bu əlamətlər keçsə belə, mütləq bir həkimə getmək lazımdır.

30 dəqiqəlik qaçış iflicin qarşısını alır

Orta dərəcədə idman etmək iflic riskini yüzdə 25 nisbətində azaldır. Mütəxəssislər bildirir ki, 30 dəqiqəlik qaçış, ya da orta dərəcəli idman iflic üçün dərmandır. Bundan başqa, təzə meyvə, tərəvəz bol yemək lazımdır.İflicin ən mühüm risk faktorunun irəliləyən yaş olduğu deyilir. Bundan başqa genetik amillər (ailədə damar xəstəliyi) , cinsiyyət, daha əvvəl keçirilən iflic, keçici işemik atak, infarkt, yüksək qan təzyiqi, ürək ritm pozuntusu, yüksək xolesterol, şəkər, miqren, siqaret, fiziki hərəkət azlığı, spirtli içki, narkotik istifadəsi, bəzi dərmanlar, beyni qidalandıran şah damarda darlıq ilə qidalanma vərdişləri, ürək xəstəlikləri də dəyişdirilə bilən səbəblər sırasındadır. 

Mənbə: Milli.Az

7 noyabr 2015
GO BACK