Qadin.NET / Yeni standartlar: taksilər bu rəngdə olmalıdır

Yeni standartlar: taksilər bu rəngdə olmalıdır

 

Yeni standartlar: taksilər bu rəngdə olmalıdır

Taksilərlə bağlı yeni standartlar qəbul olunub. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi standartlar həm fərdi avtomobillərə, həm də taksi fəaliyyətilə məşğul olan firmalara aidddir.
Yeni standartlara əsasən ölkədə fəaliyyət göstərən taksilər sarı, ağ və bənövşəyi rəngdə ola bilər. Şəxsi maşınlara belə rəng məhdudiyyəti qoyulmur. Digər dəyişikliklər taksi kimi istifadə ediləcək bütün avtomobillərə şamil edilir.
Texniki tənzimləmə və standartlaşma şöbəsinin müdiri Namiq Tağıyev deyir ki, indi yalnız taksi avtomobillərinin yan qapılarında xüsusi fərqlənmə nişanları olacaq.
Taksi kimi istifadə olunan avtomobillərlə bağlı tələblər də sadələşdirilib. Nəqliyyat sahəsinin araşdıran Ərşad Hüseynovun fikrincə, bu taksi fəaliyyətilə məşğul olanların işini daha da asanlaşdıracaq:
“Taksi avtomobillərin istehsal ili ilə bağlı tələblər sadələşdirilib. Əvvələr həmin avtomobillər “Avro-3” və “Avro 4” tələblərinə cavab verməli idisə, indi avtomobilin istifadə müddətinin 15 ildən aşağı olması onun taksi kimi istifadə edilməsinə imkan verəcək”.
Bütün bu sadələşdirmələr prezident İlham Əliyevin 31 avqust tarixində dövlət xidmətlərinin və lisenziyalaşmanın asanlaşması ilə bağlı imzaladığı fərmana əsasən həyata keçirilib.
Onu da deyim ki, taksi fəaliyyəti ilə bağlı daha bir yenilik lisenziyanını verilməsinin “ASAN xidmət”ə həvalə edilməsi oldu ki, bu da həmin sahədə baş verən xoşagəlməz halların qarşısını alıb. 

 

Mənbə: ANS PRESS

7 noyabr 2015
GO BACK