Qadin.NET / Sosial şəbəkə adları necə yazılmalıdır?

Sosial şəbəkə adları necə yazılmalıdır?

Sosial şəbəkə adları necə yazılmalıdır?
Sosial şəbəkə və axtarış sistemlərinin adının Azərbaycan dilində düzgün yazılış qaydaları müəyyənləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib. S.Sadıqova sosial şəbəkə və axtarış sistemlərinin adlarının düzgün yazılış qaydalarını da açıqlayıb.
Sözlərin siyahısını təqdim edirik. Dırnaq içərisində verilənlər sözlərin orijinal, dırnaqsız verilənlər isə Azərbaycan dilində yazılış qaydasıdır.
"skype" - skayp 
"site" - sayt 
"provider" - provayder  
"facebook" - feysbuk 
"twitter" - tvitter 
"instagram" - instaqram 
"e-mail"- imeyl 
"youtube" - yutub 
"messenger" - mesencer 
"whatsapp" - votsap 
"line" - layn 
"viber" - vayber 
"google" - quql 
"yandex" - yandeks 
"wi-fi" - vayfay

Mənbə: Milli.Az

 

6 noyabr 2015
GO BACK