Qadin.NET / İlham Əliyev: 100 illik qazımız var

İlham Əliyev: 100 illik qazımız var

 

İlham Əliyev: 100 illik qazımız var

"100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, eyni zamanda, Avropa ölkələrini böyük həcmdə təbii qazla təmin edə biləcək". ANS PRESS-in məlumatına görə, bunu Tiflisdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. O və Gürcüstan PrezidentiGiorgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
İ.Əliyev deyib ki, Azərbaycanın çox zəngin və böyük qaz ehtiyatları var. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir. 
Onun sözlərinə görə, “Cənub” qaz dəhlizi bu gün uğurla icra edilir. Əgər vaxtilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri tikilməsəydi bu gün “Cənub” qaz dəhlizi üçün heç bir əsas olmayacaqdı. “Cənub” qaz dəhlizinin bu gün həmGürcüstan, həm Azərbaycan, həm Avropa üçün böyük iqtisadi və siyasi mənası var. Bu layihə uğurla icra edilir. "Əminəm ki, Azərbaycan qazı artıq 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya daha böyük həcmdə çatdırılacaq. Bu, çox böyük layihədir. Hesab edirəm ki, bu gün Avropada reallaşan ən böyük energetika layihəsidir. “Cənub” qaz dəhlizinin reallaşmasına ən azı 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur".

 

Mənbə: ANS PRESS

6 noyabr 2015
GO BACK