Dünyanın ən böytük mavi almazı İsveçrədə hərraca çıxarılacaq. ANS PRESS-in məlumatına görə, “Blue Moon Diamond” (Mavi ay almazı) noyabrın 11-də İsveçrənin Cenevrə şəhərində məşhur hərrac şirkəti “Sotheby`s” tərəfindən kolleksiyaçılara təqdim olunacaq.
“Sotheby`s” rəsmiləri dünyanın ən böyük mavi almazının 50 milyon dollar qiymətlə hərraca çıxarılacağını açıqlayıb. 12.03 karatlıq almazın qiymətinin 55 milyona qədər arta biləcəyini istisna etməyən şirkət rəsmisi, dünyanın məşhur varlılarına və kolleksiyaçılarına dəvətnamə göndərdiklərini bildirib.
Mənbə: ANS PRESS