Qadin.NET / "Rozetka" sözünün qarşılığı tapıldı

"Rozetka" sözünün qarşılığı tapıldı

 

"Rozetka" sözünün qarşılığı tapıldı

Azərbaycan dilinin qorunması və onun inkişafına yönəlik dilimizə 2500 yeni termin daxil edilir.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyir ki, həmin terminlər yeni hazırlanan və artıq çap olunma ərəfəsində olan izahlı dilçilik lüğətinə daxil edilib.
Lüğətdəki terminlər son 2-3 il ərzində dilimizə yeni daxil olan və dilin daxili imkanları hesabına yaranan sözlərdir. 
Terminlər müxtəlif sahələr - informatika, iqtisadiyyat, riyaziyyat, kimya, tibb sahələri üzrədir.
Yeni terminlərin sırasında informatika sahəsi üzrə olan sözlər çoxluq təşkil edir. Amma bəzi alınma sözlərinə dilimizdə qarşılıq söz tapılmadığından onlar lüğətdə olduğu kimi, digərləri isə qarşılığı dəqiq müəyyən edilərək əlavə olunub.
Sayalı Sadıqova bildirir ki, dilimizdə daha çox "cakuzi" və "rozetka" sözü işlənirdi, komissiya tərəfindən "cakuzi"nin qarşılığı suçiləyici, "rozetka"nın qarşılığı isə elektrik mənbəyi kimi müəyyənləşdirilib.
Sayalı Sadıqova əlavə edib ki, yeni terminlər indiyədək Azərbaycan dilinin orfoqrafiya, eləcə də izahlı lüğətinə daxil edilməyib:
“Terminologiya Komissiyası eyni zamanda xüsusi bülletenin dərcinə hazırlaşır. Bu bülletendə daha çox sosial şəbəklər və axtarış sistemlərilə bağlı olan adların yazılış qaydalarının müəyyənləşdirilməsidir. Belə ki, son dövrlərdə dilimizə daha çox brend adları daxil olmuşdur. Brend adlarının vahid qaydada yazılması üçün xüsusi prinsiplər hazırlanmışdır. Bu brend adlar toplanıb, xüsusi bülleten şəklində nəşir olunacaqdır”. 
Bütün işlər Azərbaycan dilinin qorunması və onun inkişafına hesablanıb. 
Lüğət Azərbaycan dilinin potensial imkanlarından istifadə edilərək hazırlanıb.

 

Mənbə: ANS PRESS

6 noyabr 2015
GO BACK