Milli.Az Azərtac-a istinadən xəbər verir ki, sənəddə deyilir:"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Hüseynov Emil Kamiloviç
Hüseynov Rauf Vəli oğlu
Qasımov Rafiq Yunisəli oğlu
Mahmudov Hikmət İsmayıl oğlu
Rüstəmov Musa İsmayıl oğlu
Rzayev Bayram Zülfüqar oğlu
Salahov Mustafa Səttər oğlu
Vəlixanova Fəridə Ağa Əli qızı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Mənbə: Milli.Az