"Biz Göyçayın milli məxbəxini nümayiş etdiririk, Göyçayda olan cürəbəcür narları nümayiş etdiririk. Nardança necə bişirilir, narşərab necə bişirilir, nar şirəsi necə çəkilir - bunların canlı şahidi olacaqsınız", - deyə mədəniyyət işçisi Azad Xudaverdiyev bildirib.Bayram tədbiri zamanı ölkənin tanınmış incəsənət xadimləri çıxış edəcəklər. Şənlik atəşfəşanlıqla başa çatacaq. Nar bayramının iştirakçıları arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ətraf rayonların icra hakimiyyəti orqanlarının nümayəndələri, yerli və xarici iş adamları da olacaqlar. Təhlükəsizliyi təmin etmək üçün rayonun hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində işləyəcəklər. Ənənəvi olaraq, bu bayramın keçirilməsində məqsəd isə Göyçay narının şöhrətini dünyaya çatdırmaqdan ibarətdir.
Mənbə: Milli.Az