Məşhur aktyorlar Bred Pitt və Ancelina Coli "The Wall Street Journal Innovator Awards" mükafatlarının təqdimat mərasiminə qatılıblar.
Milli.Az TMZ-yə istinadən bildirir ki, mərasimin qonaqları arasında Daşa Jukova, Cared Leto, Karli Kloss, Robert De Niro, Anna Vintur və başqaları da vardı.
Mərasimin triumfatoru "Oskar"lı aktrisa, 40 yaşlı Ancelina Coli olub. O, "Kinematoqrafdakı işlərinə görə" və "Humanitar fəaliyyətinə görə" nominasiyalarında qalib gəlib.
Mənbə: Milli.Az