Ölkəsindəki iqtisadi böhranın Putinə heç bir şəkildə təsir etmədiyini bildirən dərgi Rusiya prezidentinə xalq dəstəyinin iyun ayında 89 %-ə çatdığını qeyd edib. “Oktyabrda da Putin Suriyadakı İŞİD mövqelərini bombardıman edərək və Suriya prezidentiBəşər Əsədlə görüşərək ABŞ və NATO-nun zəif görünməsinə səbəb oldu və Rusiyanın ölkə xaricindəki nüfuzunu yenidən gücləndirdi.” – deyə dərgidə bildirilir.
75 nəfərlik dünyanın ən nüfuzlu insanları siyahısının 2-ci pilləsində Almaniyanın kansleri Anqela Merkel, 3-cü pilləsində isə ABŞ prezidenti Barak Obama var.
Siyahıda müvafiq olaraq 4-cü yerdə Roma papası Fransisk, 5-ci yerdə Çinin prezidenti Si Szinpin, 6-cı yerdə “Microsoft”un təsisçisi Bill Qeyts, 14-cü yerdə Səudiyyə Ərəbistanının kralı Salaman bin Abduləziz bin Səud, 18-ci sırada İranın ali dini lideri Əli Xamneyi, 19-cu sırada “Facebook”un təsisçisi Mark Zukerberq, 46-cı sırada Şimali Koreyanın prezidenti Kim Çen ın, 49-cu sırada isə Misirin prezidenti Abdulfəttah əs-Sisi qərarlaşıb.
Bundan əvvəlki illərdə Vladimir Putin 2 dəfə "Forbes" dərgisində dünyanın ən nüfuzlu insanları siyahısına liderlik edib.
Mənbə: ANS PRESS