Qadin.NET / Bakıda "Hamı kitab oxusun" fləşmobu keçirilib

Bakıda "Hamı kitab oxusun" fləşmobu keçirilib

 

Bakıda "Hamı kitab oxusun" fləşmobu keçirilib


Bakının kitabsevər gəncləri Fəvvarələr meydanında maraqlı kitab fləşmobu təşkil ediblər.
Onlar arasında nəinki gənc, hətta orta və yaşlı nəslin nümayəndələri də var idi.
“Məqsədimiz indiki gənclərdə kitaba olan marağı artırmaqdır. İndiki cənclər vaxtlarının çox hissəsini telofon və kompyüterin qarşısında oturmaqla keçirirlər. İstərdim ki, gənclərimiz vaxtlarını daha çox kitab oxumaqla keçirsinlər. Onlar kitab oxumaqla yanaşı həm də biliklərini artırmış olarlar”, - deyə kitabsevər Reyhan Həsənova bildirib. 
“Kitab fləşmobunu keçirməkdə məqsədimiz, kütləviliyə nail olmaqdır. Hazırda cəmiyyətdə kitaba sevgi ürəkaçan deyil. Biz bu yoll insanları kitab oxumağa sövq etməyə çalışırıq. Qeyd edim ki, kitab fləşmobu ikici dəfədir ki, keçirilir”, – deyə kitabsevər Dəniz Pənah qeyd edib. 
Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır. Bu fikirlər bu gün də aktualdır.
Kitab oxumağın da fərqinə varmaq və bu dilsiz bilik mənbəyinə maraq oyatmaq gərək. Nə də olmasa, unutmamalıyıq ki, mütaliənin cəmiyyətin formalaşmasında da birbaşa rolu var.
İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır. Necə ki, qəpikləri bir yerə yığanda manat əmələ gəlir, elə oxumaqla da xırda yazılardan bilik yaranır. Ona görə də sağlam bilikli gələcək naminə kitab oxuyaq.

 

Mənbə: ANS PRESS

4 noyabr 2015
GO BACK