Qadin.NET / Sudan fasiləsiz istifadə edə biləcəyik

Sudan fasiləsiz istifadə edə biləcəyik

 

Sudan fasiləsiz istifadə edə biləcəyik

Paytaxda bütün mənzillər yeni smart sayğaclarla təmin olunacaq.
ANS TV-nin məlumatına görə, bu günə qədər paytaxda 1100-dən artıq binaya yeni smart sayğaclar quraşdırılıb. 2013-cü ildən pilot layihə kimi Suraxanı rayon Yeni Günəşli qəsəbəsində mənzilləri yeni smart sayğaclarla təmin olunması işi tez bir zamanda öz müsbət nətcəsini verdi. 
Elə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları bundan sonra işlərini daha da genişləndirməyə başladılar. Artıq paytaxtla yanaşı bölgələrdə də bu işlərə start verildi. Bu sistemə keçidlə suya qənaət, su haqqının tam ödənilməsi və debütor borcların da yığılması prosesi reallaşdı. Eləcə də həmin binalara 24 saat suyun verilməsi də təmin olundu.“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, binaların zirzəmisindən keçən su xəttləri istismar müddətini artıq başa vurub. Bu xətlərdən asan sızmalar isə müəyyən təhlükə yaradır. Xətlər zirzəmilərdən binaların qarşısına çıxarılıb. 
Beləliklə də, sovet vaxtında tikilən binaların böyük probleminə çevrilən zirzəmiyə su dolması məsələsi də bu cür öz həllini tapmış oldu. Yeni sistemə keçidin daha bir müsbət cəhəti də var.
Anar Cəbrayıllı bu üstünlüyü belə izah etdi ki, əvvəllər əgər bir girişdə olan qəzalı vəziyyəti düzəltmək üçün 5-6 binanın suyu kəsilirdisə, indi bu hal olmayacaq. 
Gələcəkdə bu işlərin Abşeron rayonu və Sumqayıt şəhərində yerləşən binalara da aid olunması planlaşdırılır.

 

Mənbə: ANS PRESS

4 noyabr 2015
GO BACK