İbadətdə təvazökarlıq dedikdə təzimlə qarışmış qorxu nəzərdə tutulur. Əziz Peyğəmbərdən (s) soruşurlar ki, təvazökarlıq nədir? Buyurur: "Namazda təvazökar olmaq - bəndənin bütün qəlbi ilə Allaha diqqət etməsidir".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ibadətin məqsədi - nəfsi pisliklərdən pak etməkdir. O əməl ki, ibadətin səfasına və pakizə olmasına təsir göstərir - ibadətin müqəddiməsi olmalıdır. Təvazökarlıq o mövzulardandır ki, ürəyin cəlalanmasında və ibadətin təsir etməsində mühüm rola malikdir.
Allah ibadətdə müti olan bəndələri haqqında buyurur: "Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar). O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar". ("Muminun" 1-2).
Əmirəl-möminin (ə) Kumeylə buyurur: "Ey Kumeyl! İbadət ancaq namaz qılmaq, oruc tutmaq, sədəqə vermək deyildir. Bəlkə (ibadətin) şəni budur ki, pak qəlb və Allahın bəyəndiyi iş və düzgün təvazö ilə yerinə yetirilsin".
İmam Sadiq (ə) buyurur: "O zaman ki, namazdasan - təvazökarlığa və namaza kamil diqqət etməyə riayət et".
O zaman ki, mömin itaətkar halı əldə edər, təsiri bədənində və üzvlərdə hiss olunar və varlığı eşqlə dolub daşar və cismi hər bir ibadətə uyğun təvazö göstərər. Allah Təala buyurur: "Rəbblərindən qorxan kəslərin (bədənlərinin) dəriləri ondan (onu eşidəndə) titrəyər. Sonra onların dəriləri və ürəkləri yumşalar və onlar rahatlıq və Allaha inam taparlar. Bu (vəziyyət), Allahın hidayətidir ki, istədiyi kəsi onun vasitəsi ilə doğru yola istiqamətləndirir". ("Zumər" 23).
İmam Əli (ə) buyurur: "Gərək qəlbin Sübhan Allah üçün itaətkar olsun və o kəsin ki, qəlbi itaətkar olar - bütün əzaları itaətkar olar".
Həzrət Peyğəmbər (s) buyurur: "Münafiqcəsinə təvazökar görünməkdən çəkinin və o, budur ki, bədən itaətkar görünsün, ancaq qəlb itaətkar olmasın".
Bəli, ibadət o zaman dəyərli olar ki, kamil diqqət və təvazökarlıqla yerinə yetirilsin. Əks halda həmin ibadətin sahibinin imanı və yəqini zəif olar.
Həzrət Peyğəmbər (s) buyurur: "Namaz dörd hissədən təşkil edilmişdir: 1. Sevinclə alınan dəstəmaz. 2. Rüku. 3. Səcdə. 4. Təvazökarlıq".
Mənbə: Milli.Az