Nazirlər Kabinetinin mətbuat xidmətindən Modern.Az-a verilən məlumata görə, Həmrəylik Günü və Yeni illə əlaqədar 31 dekabr, 1-2 yanvar tarixləri qeyri-iş günü olacaq. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.Müvafiq olaraq 2016-ci il 2 və 3 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Yeni ildə 5 gün qeyri-iş günü olacaq. 6 günlük qrafiklə işləyənlər üçün 4 gün, 5 günlük qrafiklə işləyənlər üçün 5 gün tətil olacaq.
Mənbə: Milli.Az