Qadin.NET / ABŞ-ın Azərbaycana qərəzi

ABŞ-ın Azərbaycana qərəzi

ABŞ-ın Azərbaycana qərəzi
ABŞ təəssüflənib ki, Azərbaycan Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) lazımi sayda müşahidəçilərini qəbul etməyib.
ANS PRESS-in məlumatına görə, bu barədə Vaşinqton dövlət departamentinin rəsmi nümayəndəsi Elizabet Tryudo deyib. 
"Biz heyfslənirik ki, Azərbaycan hökuməti ATƏT-in DTİHB-nun lazımlı nümayəndə sayını göndərməyə icazə vermədiyindən, Büro seçkilərin keçirilməsini izləyə bilməyib. Biz DTİHB-nin iştirakı olmadan deyə bilmərik ki, Azərbaycan seçkilərlə bağlı tövsiyyələri yerinə yetirib, ya yox", - deyə qurum rəsmisi bildirib.
Tryudonun sözlərinə əsasən, ABŞ əvvəlki kimi Azərbaycanda məhdudlaşdırılmış siyasi mühit haqqında narahatdır və Azərbaycan hökumətini müstəqil sülh yığıncaqlarının, assosiasiyaların azadlığına hörmət etməyə çağırır.
Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlığı Departamentinin direktoru, bu ölkənin ATƏT-dəki keçmiş daimi nümayəndəsi Andrey Kelin ABŞ-ın təsirində olan ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycandakı parlament seçkilərinə müşahidəçi göndərməkdən imtinasını şərh edib.

Mənbə: ANS PRESS

3 noyabr 2015
GO BACK