Prezident İlham Əliyevin sərəncamı ilə bu gün “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilib. Yeni sərəncam kütləvi informasiya vasitələrinin məsuliyyətini daha da artıracaq. Artıq bundan sonra xəbər siyasətini yalan, şayiələr üzərində quran KİV-ləri ciddi cəza gözləyir.
ANS TV-nin məlumatına görə, Milli Məclisin oktyabrın 20-də keçirilmiş plenar iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanununa dəyişiklik edilməsi barədə qərar qəbul edilib. Ölkə başçısının kütləvi informasiya vasitələri haqqında qanuna etdiyi dəyişikliyi jurnalistlər birmənalı olaraq məsuliyyət kimi qəbul edirlər.
Qanunun 44-cü maddəsinə əlavə edilən dəyişiklikdə deyilir:
“Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir”.
Jurnalist Tofiq Abbasov hesab edir ki, xüsusilə də araşdırmaların gedişatında, cinayət kodeksinə uyğun problemlərin həlli gündəmə gəldikdə hər hansı özbaşınalığa yol vermək olmaz:
“Çox ciddi bir konfiliktlər, münaqişələr, eləcə də mübahisəli məsələlərin həllində bəzən KİV nümayəndələri başlıyırlar artıq öz çıxışları ilə istintaq orqanlarına təsir göstərməyə. Xüsusi ilə də sosila şəbəkələrdə bundan istifadə edirlər. Hesab edirəm ki, istintaq orqanlarının səlahiyyətləri artırılırsa, onlar hətta yanlış məlumata görə həmkarlarımızı məsuliyyətə cəlb etsinlər. Bu olması o nizam-intizam bizdə qorunub saxlanılmayacaq”.
Jurnalistin sözlərinə görə, ölkə başçısının bu sərəncamından sonra kütləvi informasiya vasitələrinin nümayəndələri və məhsülları mütləq şəkildə keyfiyyət göstəricilərini də yüksəltməlidirlər.
Mənbə: ANS PRESS