Qadin.NET / Belçika Krallığının sakini Kürdəmirin deputatı seçilib

Belçika Krallığının sakini Kürdəmirin deputatı seçilib

 

Belçika Krallığının sakini Kürdəmirin deputatı seçilib

Belçika Krallığında yaşayan azərbaycanlı Müslüm Məmmədov 57 saylı Kürdəmir seçki dairəsindən Milli Məclisə deputat seçilib.Strateq.Az MSK-nın məlumatına istinadən bildirir ki, Brüsseldə yaşayan Müslüm Məmmədov  14 387 səs toplayaraq qalib gəlib.  O, özünün anket məlumatında Belçika Krallığının Brüssel şəhərində yaşadığını göstərib. Bitərəf olan deputatlığa namizəd Brüsseldə Azərbaycan Kommunikasiya  Ofisinin rəhbəridir. 2009-cu ildə fəaliyyətə başlamış bu ofis Belçikada lobbi xidmətinin təşkili ilə məşğuldur. Deputatlığa namizədin 35 yaşı var.Təşkilatın əsas məqsədi Azərbaycanın siyasi, iqtisadi, mədəni xəbərlərini, eləcə də tarixi, qədim adət-ənənələrini, musiqisini  Avropada, xüsusən də Brüseldə yerləşən Avropa cəmiyyətlərində yaymaqdır.Ofisi Brüsseldə yerləşir (200, Louise küçəsi, 1050, Brüssel, Belçika).

 

Mənbə: Milli.Az

3 noyabr 2015
GO BACK