Qadin.NET / Ehtiyatlı olun: Həyatınızı itirə bilərsiniz

Ehtiyatlı olun: Həyatınızı itirə bilərsiniz

Ehtiyatlı olun: Həyatınızı itirə bilərsiniz

Hər il havalar soyumağa başlayan kimi dəm qazından ölənlərin sayı artır. ANS PRESS-in məlumatına görə, Daxili İşlər Nazirliyi noyabr ayı başlayar-başlamaz dəm qazından bir nəfərin həyatının dəyişməsi, 3 nəfərin isə xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayıb.
Ümumiyyətlə, hər il qış mövsümü ilə əlaqədar olaraq, dəm qazından xəstəxanalara müraciət edənlərin sayı artır. Bunu Respublika Toksikologiya Mərkəzinin rəhbəri Azər Maqsudov da təsdiqlədi. 
Onun sözlərinə əsasən, hər il havalar soyuyar-soyumaz xəstəxanaya dəm qazından zəhərlənmə ilə müraciət edənlərin sayı artır: "Sentyabr ayında bununla əlaqədar bizə 4 nəfər, oktyabr ayında 7 nəfər müraciət edib. Amma noyabr ayında bu rəqəmin artacağı istisna edilmir", - deyə həkim bildirdi.

Mənbə: ANS PRESS

2 noyabr 2015
GO BACK