Çin özünün istehsal etdiyi ilk geniştutumlu sərnişin təyyarəsini ictimaiyyətə təqdim edib.
ANS TV-nin məlumatına görə, 158 sərnişin tutumuna malik “Sİ-919” layneri Şanxayda xüsusi təntənəli mərasimdə təqdim olunub. Mütəxəssislər bu təyyarənin "Airobus A320" və"Boeing 737" kimi hava gəmilərinə alternativ olduğunu bildirir.
Çin daha əvvəl kiçik həcmli "Air Key-21" təyyarəsini istehsal etmişdi. Lakin, bu laynerlər hələlik beynəlxalq sərnişindaşıma agentliklərinin lisenziyasını almayıb. Hər iki təyyarəni istehsal edən şirkət yaxın illərdə sertifikatları almaq üçün çalışacaqlarını bəyan edib. "Sİ-919" ilk uçuşunu 2016-cı ildə həyata keçirəcək.
Çin aviadışımalarda istifadə etmək üçün son olaraq "Airbus"dan 17 milyard dollar dəyərində 130 ədəd hava gəmisi almışdı. Bundan əvvəl isə Çin liderinin ABŞ-a səfəri zamanı 38 milyard dollara 300 "Boeing" alınması barədə saziş imzalanıb. Əgər rəsmi Pekinin öz təyyarələrini özü istehsal etmək planları uğurla reallaşsa, bu milyardlarla dolların ölkə iqtisadiyyatında qalması demək olacaq.
Mənbə: ANS PRESS