Qadin.NET / Avtobuslar və taksilərlə bağlı yenilik

Avtobuslar və taksilərlə bağlı yenilik

Avtobuslar və taksilərlə bağlı yenilik
“Sərnişin stansiya qurğuları və avtomobilləri” dövlət standartı təsdiq edildi. ANS PRESS-n məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 5 il öncəki standartına dəyişikliklər və əlavələr edilərək təsdiq edilib. 
Bu standart sərnişin stansiyası qurğularına, avtobus dayanacaq məntəqələrinə, taksi minik avtomobillərinin dayanacaqlarına, müntəzəm sərnişin daşımalarında istismar edilən avtobuslara və taksi minik avtomobillərinə şamil edilir, həmçinin onların fərqləndirici nişanlarının, lövhələrinin və digər informasiya tərtibatlarının, məlumatlarının qeydə alınması üçün əsas tələbləri müəyyənləşdirir. Standartın müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada verilən xüsusi razılığa (lisensiyaya) əsasən sərnişin avtonəqliyyat vasitələri ilə daşımaları həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar üçün icbaridir.

Mənbə: ANS PRESS

2 noyabr 2015
GO BACK