Gürcüstanın Baş naziri İrakli Qaribaşvili noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin uğurla başa çatması və bu seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbəsi münasibəti ilə Prezidentİlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.Milli.Az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.Baş nazir bildirib ki, Azərbaycanın inkişafı xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsi, eləcə də Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının möhkəmlənməsi baxımından olduqca vacibdir."Hesab edirəm ki, Azərbaycanın inkişafı və möhkəmlənməsi regionun çiçəklənməsinə xidmət edəcəkdir", - deyə Baş nazir vurğulayıb.
Mənbə: Milli.Az