Ötən gün Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində Qəbələ şəhərində "Qəbələ"- "Kəpəz" matçı keçirilib.
ANS PRESS-in məlumatına görə, 31 oktyabr tarixində keçirilməli olan oyun matçın 29-cu dəqiqəsində güclü duman səbəbindən dayandırılıb.
Buna baxmayaraq oyunun 2-ci dəqiqəsində hesab açılıb. Aleksandr Sitnik gəncəli azarkeşləri sevindirib. 31 oktyabr tarixində isə oyun qaldığı yerdən davam etdirilib.
Matça gəlincə, 69-cu dəqiqədə "Qəbələ"nin futbolçusu Fakundo Pereyra oyunda hesaba tarazlıq gətirib. Ancaq oyunun 4-cü artırma dəqiqəsində Dario Federiko fərqlənərək, Kəpəz"in "Qəbələ" üzərində 2:1 hesablı qələbəsini rəsmiləşdirib.
Mənbə: ANS PRESS