Azərbaycanda 4 universitetin rektoru tezliklə dəyişəcək.
ANS PRESS-in məlumatına görə, deputatlığa namizədliyini irəli sürən 4 rektorun adı - Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin(Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) artıq seçilənlər sırasındadır. Belə ki, Aqiyə Naxçıvanlı - 117 saylı Oğuz – Qəbələ Seçki Dairəsindən, Səməd Seyidov - 36 saylı Xətai Dördüncü Seçki Dairəsindən, Əhliman Əmiraslanov - 65 saylı Saatlı - Sabirabad – Kürdəmir Seçki Dairəsindən, Ağacan Abıyev isə - 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputat seçiliblər.
Bu ilin sentyabr ayında verilən qərara əsasən Yeni Azərbaycan Partiyasından (YAP)namizədliyi irəli sürülmüş rektorlar deputat seçilsələr, vəzifədən gedəcəklər.
Bu barədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov məlumat verib. Onun sözlərinə görə, bu şərt namizəd rektorların ərizələrində də öz əksini tapıb.
Mənbə: ANS PRESS