Qadin.NET / Bu qış canımız daha tez isinə bilər

Bu qış canımız daha tez isinə bilər

 

Bu qış canımız daha tez isinə bilər

Havaların normadan soyuq olması ilə əlaqədar istilik sistemləri vaxtından öncə işə salına bilər. 
Bu barədə "Azəristiliktəchizat" ASC - nin abunəçilərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev ANS PRESS-ə məlumat verib. 
Onun sözlərinə görə, ölkədə istilik mövsümü ənənəvi olaraq noyabrın 15-də başlayır, ancaq havaların kəskin soyuması baş verərsə, yəni, 5 gün ard-arda temperatur 8 dərəcədən aşağı olarsa, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamına uyğun olaraq qış mövsümünə daha da tez başlanıla bilər”.
Qurum rəsmisi deyib ki, ötən il də havalar tez soyuduğundan evlərdə istilik sistemi tez işə salınmışdı. 

 

Mənbə: ANS PRESS

2 noyabr 2015
GO BACK