ANS PRESS-in məlumatına görə, bu günlərdə “Pravda” qəzetinə müsahibə verən Ananyans Moskvada yaşayan azərbaycanlılarla dostluq şəraitində yaşamağa çalışdıqlarını bildirib: “Biz Moskvada mehriban qonşuluq əlaqələri saxlamağa çalışırıq.
Mən azərbaycanlılara həmişə deyirəm: Dağlıq Qarabağ məsələsinə bizi qatmayın, nə haqq-hesabınız var, gedin orda çürüdün. Biz başqa dövlətdə yaşayırıq. Mən həmişə istəyirəm ki, evimizdə (Rusiyada - red.) sülh və mehribanlıq olsun”.
Mənbə: ANS PRESS