Qadin.NET / "ASAN Xidmət" Azərbaycanın brendinə çevrilib

"ASAN Xidmət" Azərbaycanın brendinə çevrilib

 

"ASAN Xidmət" Azərbaycanın brendinə çevrilib


Ötən axşam "ASAN Xidmət"in sədr müavini Ülvi Mehdiyev ANS TV-də "Hesabat" verilişinin qonağı olub. Ülvi Mehdiyev verilişdə Mir Şahin Ağayevin "ASAN Xidmət" barədə suallarına cavab verib.
- “ASAN” Azərbaycan vətəndaşına korrupsiya və rüşvətin olmadığı ideal qanun məkanı kimi təqdim olunur. Bu adı qorumaq üçün hansı tədbirlər görülür.
- “ASAN xidmət” 2012-ci ildə cənab prezidentin birbaşa dəstəyi və ideyası əsasında yaradılmışdır. “ASAN xidmət”in ümumiyyətlə bütün fəaliyyət istiqaməti və iş prinsipləri cənab prezidentin özü tərəfindən müəyyən olunmuşdur. Məhz “ASAN xidmət”in uğur əldə etməsinin yeganə səbəbi ondan ibarətdir ki, cənab prezidentin müəyyən etdiyi prinsiplərdən bu müddət ərzində kənara çıxma olmamışdır. Həmin prinsiplərə dönmədən, o prinsiplər təhrif olmadan icra olunmuşdur. Bununla da qısa bir müddət ərzində “ASAN xidmət” Azərbaycanın brendinə çevrilə bilmişdir. Ümumiyyətlə “ASAN xidmət”in fəaliyyəti dövründə vətəndaşların məmnunluğunun ölcülməsi istiqamətində bir neçə istiqamətdə müxtəlif metodlardan və üsullardan istifadə olunur. Adətən məhz seçkilər vaxtı tez-tez rastlaşdığımız “exit poll”arı biz hər ay müxtəlif “ASAN xidmət” mərkəzlərində keçirirk. Hansı ki, bu “exit poll”ar vasitəsilə vətəndaşların rəyləri öyrənilir. Hansı xidmətdə, hansı çatışmazlıqlar var onlar öyrənilir. Məhz həmin nöqsanların aradan qaldırılması üçün dərhal lazımi tədbirlər görülür. Eyni zamanda “ASAN xidmət”də vahid çağrı mərkəzi vardır ki, hər bir vətəndaş həm “ASAN” da göstərilən xidmətlər haqqında informasiya əldə edə bilir, həm öz təkliflərini verə bilir. Necə ki, verilən hər bir təklif incələnir, araşdırılır. Eləcə də öz irad və şikayətləri varsa orada bildirilir. Biz də dərhal vətəndaşların müraciətlərinə reaksiya veririk. Bu cür müxtəlif nəzarət və qiymətləndirmə tədbirləri vasitəsilə “ASAN xidmətdə” qeyd etdiyiniz kimi, qanundan kənar hansısa, bir proseslərin baş verməməsi üçün tədbirlər görülür. 
- “ASAN”da işə düzəlmək proseduru necədir? Yəni istənilən adam orda işə düzələ bilər.
- “ASAN xidmət” dövlət orqanıdır və “Dövlət qulluğu haqqında” qanuna əsasən burada çalışan əməkdaşlar dövlət qulluqçusu statusu daşıyırlar. “Dövlət qulluğu haqqında” qanuna görə də bütün dövlət orqanlarında, o cümlədən “ASAN xidmət” mərkəzlərində hər bir şəxs yalnız dövlət qulluğu komissiyasının təşkil etdiyi test və müsahibə mərhələlərini keçməklə “ASAN xidmət”də işə düzələ bilər.

 

Mənbə: ANS PRESS

2 noyabr 2015
GO BACK