Azərbaycanda parlament seçkilərində tam şəffaflıq təmin edilib. Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransında İsrailin "Birinci radio" radiostansiyasının baş redaktoru Vlad Zernitski deyib.
O bildirib: "Mən eyniləşdirmə üsulunu sınaqdan keçirdim. Demək istəyirəm ki, İsraildə belə sistem yoxdur".Müşahidəçi, həmçinin Azərbaycanın seçki qanunvericiliyini yüksək qiymətləndirib: "İnsanlar hüquq-mühafizə orqanlarının nümayəndələrini görmədilər və özlərini azad hiss edirdilər".
Mənbə: Milli.Az