Qadin.NET / Türkiyə seçimini etdi: AKP-nin uğur sirri nədir?

Türkiyə seçimini etdi: AKP-nin uğur sirri nədir?

 

Türkiyə seçimini etdi: AKP-nin uğur sirri nədir?

Türkiyənin Böyük Millət Məclisinin 26-cı çağırış heyətinə millət vəkillərinin seçimi başa çatdı.
İyunun 7-də keçirilmiş parlament seçkiləri ilə müqayisədə topladığı səslərin sayını 8 faiz artıran, iqtidardakı Ədalət və İnkişaf Partiyası (AKP) bu gecə rəsmi olmayan, ilkin məlumatlara görə seçkilərin qalibidir.
Baş nazir Əhməd Davudoğlunun sədrlik etdiyi partiya səslərin çoxunu qazandığı üçün hökuməti təkbaşına qurmaq imkanını əldə edib.16 siyasi partiyanın qatıldığı seçkilərdə Türkiyədəki 54049851 seçicinin böyük qismi səsvermədə iştirak etdi.

 

İyunun 7-də keçirilmiş parlament seçkilərində səslərin 40,87 faizini toplamış AKP bu dəfə 48 faizdən artıq göstərici ilə 316 mandata yiyələndi.
Ötən seçkilərdə 258 mandatı olduğundan hökuməti təkbaşına qura bilməyən, Milliyyətçi Hərəkat Partiyası (MHP) və kürdlərin Xalq Demokrat Partiyası (HDP) ilə danışıqlar aparmağa, sonra da Cumhuriyyət Xalq Partiyası (CHP) ilə koalisiya müzakirələrinə başlamaq məcburiyyətində qalan, cəhdləri baş tutmayan AKP koalisiya hökuməti qura bilməmişdi. Bu səbəbdən də noyabrın 1-də növbədənkənar parlament seçkiləri təyin olunmuşdu.
İqtidardakı AKP-dən fərqli olaraq, müxalifət partiyalarının istisnasız olaraq haimısı geriləyib. Ən başlıcası isə CHP iyunun 7-dəki seçkilərlə müqayisədə qazandığı səslərin sayını artırsa da, seçki ərəfəsində qarşısına qoyduğu məqsədlərin heç birinə çatmayıb.

Mənbə: Milli.Az

2 noyabr 2015
GO BACK