Qadin.NET / MTN-nə görə işdən çıxarılma xəbəri yayılan nazir danışdı

MTN-nə görə işdən çıxarılma xəbəri yayılan nazir danışdı

MTN-nə görə işdən çıxarılma xəbəri yayılan nazir danışdı
"Mən iş başındayam və vəzifəmin icrasını davam etdirirəm”. ANS PRESS-in APA-ya istinadla verdiyi məlumata görə, MTN işi ilə bağlı adı hallanan və işdən çıxarıldığı iddia edilən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov belə deyib. 
“Hesab edirəm ki, Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində heç bir qanun pozuntusuna yol verilməyib”.Nazir hesab edir ki, saxlanılanlar barəsində qanun çərçivəsində tədbir görüləcək. Onun sözlərinə görə, mətbuatda adıçəkilən nazirlik ətrafında baş verənlər barədə yanlış informasiyalar verilir. "Düşünürəm ki, hər şey qanun çərçivəsində həll olunacaq”.
Ə. Abbasov işdən kənarlaşdırılması barədə mətbuatda yayılan məlumatlara da münasibət bildirib: “Bu məlumatlar həqiqəti əks etdirmir". 
Xatırladaq ki, bir neçə gün öncə Əli Abbasovun işdən çıxarıldığı, prezidentin bu barədə fərmanının elan olunacağı iddia edilirdi. Nazirin vəzifədən uzaqlaşdırlmasının MTN ətrafında gedən proseslərlə bağlı olduğu deyilir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rəsmisi Müşviq ƏmirovANS PRESS-ə açıqlamasında bu barədə xəbərləri təkzib edib. "Nazir öz otağında, işinin başındadır", deyə o bildirib. Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Sabiq MTN şefi həttaxarici kəşfiyyatla əlaqədə də ittiham edilir. 
Bununla bağlı olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlarının çoxu telefon danışıqlarının qanunsuz dinlənməsi ilə əlaqədar dindirilir. Nazirliyin aparat rəhbəri"MTN işi" ilə bağlı nazirliyin aparat rəhbəri həbs olundu həbs edilib. V.Zeynalovun həbsi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin bir neçə gün öncə işdən çıxarılan rəhbəri Beytulla Hüseynovla əlaqəlidir.

Mənbə: ANS PRESS

1 noyabr 2015
GO BACK