Qadin.NET / İlham Əliyev: DTİHB bütün qaydaları pozub

İlham Əliyev: DTİHB bütün qaydaları pozub

İlham Əliyev: DTİHB bütün qaydaları pozub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri Leonid Slutskini qəbul edib.
Azərbaycanda müxtəlif ölkələrdən və təşkilatlardan müşahidəçilər missiyasının olduğunu vurğulayan Leonid Slutski Rusiya Federasiyası Dövlət Dumasından və MDB Parlament Assambleyasından ibarət müşahidəçi missiyaya rəhbərlik etdiyini deyərək onların avqust ayından başlayaraq seçkilərə hazırlıq prosesi ilə bağlı monitorinqlər apardıqlarını bildirib. Bu gün bir neçə məntəqədə səsvermənin gedişini müşahidə etdiklərini vurğulayan L.Slutski bildirdi ki, Qərbin bəzi dairələrinin verdiyi proqnozlardan fərqli olaraq məntəqələrdə heç bir qanun pozuntusunun qeydə alınmadığının, əksinə əvvəlki seçkilərlə müqayisədə daha böyük irəliləyişlərə nail olunduğunun şahidi olublar. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidədən imtina etməsi məsələsinə toxunan Leonid Slutski qeyd edib ki, bu təşkilat qəbul etdiyi qərarla siyasi baxımdan Avropa ictimaiyyətinə bir institut kimi artıq öz dövrünü başa vurduğunu göstərib.

Mənbə: ANS PRESS

1 noyabr 2015
GO BACK