Şarm-əş-Şeyxdən Sankt-Peterburqa uçuş həyata keçirən Rusiyaya məxsus “Airbus-321” təyyarəsinin göyərtəsində 224 nəfər turist olub.
Sinay yarımadası üzərində qəzaya uğrayan təyyarənin qalıqlar Əl-Araş şəhərindən 100 km aralıda aşkar olunub. Hazırda hadisə yerində Misir və Rusiyalı mütəxəsislər axtarış - xilasetmə işlərini davam etdirirlər.
Verilən son məlumatlara görə, 150 dən çox nəfərin meyiti artıq tapılıb. Meyitlər Qahirəmorquna aparılır, daha sonra isə ailələrinə təhvil vermək üçün Qahirə hava limanına daşınır.
İlk 80 cəsədi Rusiyaya gətirəcək təyyarə bazar günü axşam saatlarında Misirdən Sankt-Peterburqa yola düşəcək.
Mənbə: ANS PRESS