Qadin.NET / Azərbaycanda 126 yaşlı seçici səs verdi

Azərbaycanda 126 yaşlı seçici səs verdi

Azərbaycanda 126 yaşlı seçici səs verdi
Azərbaycanda 126 yaşlı seçici səsvermədə iştirak edib. "Report"un xəbərinə görə, adı 89 saylı Göyçay-Ağdaş seçki dairəsi 24 saylı məntəqəsinin seçicilər siyahısında olan 1889-cu il təvəllüdlüGözəl Dadaşovanın yaşadığı evə daşınan seçki qutusu gətirilib. O, evində səs verib.

Qeyd edək ki, G.Dadaşova 1889-cu ildə Şamaxının Sünni kəndində anadan olub. Hazırda Göyçay rayonunun Orta qəsr kəndində yaşayır.

Mənbə: Milli.Az

1 noyabr 2015
GO BACK