Qadin.NET / Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parlament seçkilərində səs verdilər

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parlament seçkilərində səs verdilər

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parlament seçkilərində səs verdilər
Noyabrın 1-i Azərbaycan Respublikasının tarixində növbəti parlament seçkiləri günüdür.

Seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.Milli.Az Azərtac-a istinadən bildirir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevnoyabrın 1-də səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izlədilər.Mehriban Əliyeva və ailə üzvləri də səs verdilər.Məntəqə seçki komissiyasının sədri Rüfət Həsənov ilk dəfə səs verməsi münasibətilə Heydər Əliyevi Mərkəzi Seçki Komissiyasının adından təbrik etdi.

Mənbə: Milli.Az

 

1 noyabr 2015
GO BACK